• Bakı 10° C

    3.86 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

Rusiya Azərbaycanın 3 əsas ticarət tərəfdaşından biridir

DÜNYA

04 Aprel 2026 | 20:20

Rusiya Azərbaycanın 3 əsas ticarət tərəfdaşından biridir

Bu gün Azərbaycanla Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 34-cü ildönümü qeyd olunur.

Bakıvaxtı.az Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, iki ölkə arasında əməkdaşlığın müqavilə-hüquq bazasını 200-dən çox dövlətlərarası, hökumətlərarası və idarələrarası saziş formalaşdırır.

Bildirilib ki, münasibətlərin inkişafında mühüm mərhələlərdən biri 2022-ci il fevralın 22-də Moskvada Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin imzalanması olub.


Səfirliyin açıqlamasına görə, bu sənəd əlaqələrin möhkəmlənməsinə və inkişafına töhfə verib.

Qeyd olunub ki, parlamentlər, hökumətlər, əsas dövlət qurumları, eləcə də Rusiya Federasiyasının subyektləri xətti ilə sıx təmaslar davam etdirilir.

Bəyanatda vurğulanıb ki, Moskva ilə Bakı arasında ticarət-iqtisadi əməkdaşlıq fəal şəkildə inkişaf edir və nəqliyyat, kənd təsərrüfatı, sənaye daxil olmaqla əsas sahələri əhatə edir.

“Rusiya sabit şəkildə Azərbaycanın aparıcı üç ticarət tərəfdaşı sırasında yer alır və eyni zamanda Azərbaycanın qeyri-neft-qaz məhsullarının ixracı üzrə birinci yeri tutur. Ümumi sərhədə malik olan ölkələrimiz “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin genişləndirilməsi istiqamətində də səylərini davam etdirirlər”, - deyə bəyanatda bildirilir. (Minval.az)


SON XƏBƏRLƏR

04 Aprel 2026