• Bakı 11° C

    2.13 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

NATO etibarsızdır, mən sevimli prezidentəm - Tramp 

DÜNYA

04 Aprel 2026 | 17:50

NATO etibarsızdır, mən sevimli prezidentəm - Tramp 

ABŞ Prezidenti Donald Tramp NATO-nu ciddi şəkildə zəifləmiş və Birləşmiş Ştatların son dərəcə etibarsız tərəfdaşı adlandırıb.

Bakıvaxtı.az xəbər verir ki, ABŞ lideri bu bəyanatı "The New York Times" (NYT) nəşrini kəskin şəkildə tənqid etdiyi "Truth Social" sosial şəbəkəsində yayımlayıb.

Tramp öz paylaşımında həmçinin özünü Amerika xalqının ən sevimli Prezidenti hesab etdiyini bildirib.

"Sizin sevimli prezidentinizə MƏNƏ qarşı davamlı saxta xəbər hücumları tirajının kəskin azalmasına səbəb olan iflasa uğrayan "NYT" qəzeti, bizim ciddi şəkildə zəifləmiş və son dərəcə etibarsız "tərəfdaşımız" NATO-nu Şimali Amerika Müqaviləsi Təşkilatı adlandırıb. Düzgün ad Şimali Atlantika Müqaviləsi Təşkilatıdır. Çox maraqlı səhvdir!", - o qeyd edib.


SON XƏBƏRLƏR