• Bakı 10° C

    3.86 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

41 yaşlı müğənni ilk dəfə ana oldu - FOTO

ŞOU

04 Aprel 2026 | 19:38

41 yaşlı müğənni ilk dəfə ana oldu - FOTO

Ukraynalı müğənni, “Eurovision-2016”nın Milli Seçim mərhələsinin iştirakçısı və Pur:Pur qrupunun üzvü Nata Smirina ilk övladını dünyaya gətirib.

Bakıvaxtı.az xəbər verir ki, 41 yaşlı ifaçı bu sevindirici xəbəri özünün Instagram səhifəsində paylaşıb və körpəsi ilə ilk fotolarını yayımlayıb.

Natanın qızı olub. Körpəyə Liya adı verilib.

“Ətraflı sonra. Bizdə hər şey əladır”, - deyə yeni ana paylaşımında yazıb.

Smirina həmçinin körpə doğulduqdan dərhal sonra onunla çəkdirdiyi fotonu da göstərib.

“Doğuşdan bir dəqiqə sonra. Mən nahaq yerə gözləmirdim. Hər şeyi bir az sonra danışacağam, hələlik ana olmağı öyrənirəm”, - deyə müğənni qeyd edib.

Qeyd edək ki, Pur:Pur qrupu 2008-ci ildə Xarkovda yaradılıb.

Qrup əvvəlcə iki nəfərdən - Nata və Yevgenidən ibarət olub. Daha sonra kollektivə gitaraçı Stanislav da qoşulub.

Qrup “Mamakabo”, “Caz-Koktebel”, “Qoqol-fest” və bir sıra digər festivallarda iştirak edib.

2016-cı ildə Pur:Pur “We Do Change” mahnısı ilə “Eurovision-2016”nın Ukrayna üzrə milli seçim mərhələsinin yarımfinalına yüksəlib, lakin həmin il qalib Camala olub.


SON XƏBƏRLƏR

04 Aprel 2026