• Bakı 19° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.9053

    RUB - 1.9948

Türkiyə Ukrayna-Rusiya danışıqlarını dəstəkləyəcək

DÜNYA

04 Aprel 2026 | 19:58 | Müəllif: Əli Hüseynov

Türkiyə Ukrayna-Rusiya danışıqlarını dəstəkləyəcək

Türkiyə gələcəkdə də Ukrayna ilə Rusiya arasında danışıqları dəstəkləyəcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşdə deyib.

"Ukrayna ilə Rusiya arasındakı danışıqlara Türkiyənin dəstəyi davam edəcək, regionda sülh və sabitliyə ehtiyac var", - Türkiyə Prezidenti bildirib.

Ərdoğan Türkiyənin Qara dənizdə naviqasiya təhlükəsizliyinə böyük əhəmiyyət verdiyini və enerji təchizatı təhlükəsizliyinin mühüm olduğunu diqqətə çatdırıb.

O, Türkiyənin Ukrayna ilə qarşılıqlı ticarət dövriyyəsini artırmaqda qərarlı olduğunu, bunun üçün lazımi addımları atmağa davam edəcəyini bildirib.

Görüşdə Ukraynanın Fars körfəz ölkələri ilə əlaqələrini inkişaf etdirməsi müsbət qiymətləndirilib.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR