• Bakı 23° C

    5.09 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

SİYASƏT

17 Sentyabr 2026 | 13:31 | Müəllif: Gülşən Şərif

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib.

"Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaratmışıq", - deyən dövlətimizin başçısı bildirib ki, qarşılıqlı investisiyaların cəlb edilməsi və səfərbər olunması prosesi fəal şəkildə davam edir.

Prezident İlham Əliyev, həmçinin vurğulayıb: "Yəni ölkəmizin ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib. Bu, açıq çıxışlarımda dəfələrlə ifadə etdiyim kimi, bizim əsas xarici siyasət prioritetimizdir. O cümlədən demişəm ki, Türk dünyası bizim ailəmizdir və bizim başqa ailəmiz yoxdur".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026