• Bakı 19° C

    11 m/s

  • USD - 1.7

    EUR - 1.9746

    RUB - 2.3867

Daha 3 ünvanda minib-düşmə yeri yaradıldı - Foto

CƏMİYYƏT

25 May 2026 | 15:08

Daha 3 ünvanda minib-düşmə yeri yaradıldı - Foto

Paytaxtın Səməd Vurğun və Mərdanov qardaşları küçələrində mövcud küçə parklanma yerlərinin bir hissəsi ləğv olunaraq yaxınlıqda yerləşən tibb müəssisələrinə gələnlər üçün əlavə şərait yaradılıb.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Belə ki, Səməd Vurğun küçəsi, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının qarşısında “3.28” - “durmaq qadağandır” yol nişanı quraşdırılaraq minib-düşmə yeri təşkil olunub. Eyni zamanda “5.14” – “minik taksilərinin duracaq yeri” yol nişanı yerləşdirilməklə taksilərin sərnişinləri düşürmələri üçün şərait yaradılıb.

Bundan əlavə, Mərdanov qardaşları küçəsi, Respublika Pediatriya Mərkəzinin və Kliniki Tibbi Mərkəzin qarşılarında “3.28” - “durmaq qadağandır” nişanları quraşdırılaraq minib-düşmə yerləri təşkil edilib.


SON XƏBƏRLƏR