• Bakı 18° C

    11 m/s

  • USD - 1.7

    EUR - 1.9746

    RUB - 2.3867

"Ləlöyün" çox aktiv və gözəl sözdür"

CƏMİYYƏT

25 May 2026 | 14:10

Ləlöyün çox aktiv və gözəl sözdür

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü filologiya elmləri doktoru, professor Mahirə Hüseynova "Ana dili: kimlik və gələcək" mövzusunda keçirilən respublika gənclər konfransında şifahi dildə işlək olan sözlərin yeri gəldikdə ədəbi dilə gətirilməsinin vacibliyindən danışıb.

Bakıvaxtı.az xəbər verir ki, Mahirə Hüseynova çıxışında şifahi dildə işlək olan sözlərin bədii dilə gətirilməsinin mümkünlüyünü qeyd edib.

"Bir dəfə mən bir şeirimdə yazmışdım ki, "Bölünsün görüm ləlöyündə dərdimiz". Mənə nə qədər mesaj gəldi ki, "ləlöyün nədir?" Halbuki o, çox aktiv və gözəl sözdür. "Ləlöyün" sözünü başqa heç nə ilə əvəz etmək olmur. Belə sözləri yenidən dilə, poeziyaya, nəsrə gətirməyin vaxtıdır. Bunu biz etməliyik", - o bildirib.


SON XƏBƏRLƏR