• Bakı 18° C

    11 m/s

  • USD - 1.7

    EUR - 1.9746

    RUB - 2.3867

Alik Quliyevə hökm oxundu

HADİSƏ

25 May 2026 | 13:53

Alik Quliyevə hökm oxundu

Vətəndaşa külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən "Homeline" tikinti şirkətinin direktoru olan Alik Quliyevin cinayət işi üzrə məhkəməsi yekunlaşıb. 

Bakıvaxtı.az "Unikal"a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb.

Dövlət ittihamçısı məhkəməyə təqsirləndirilən şəxsin 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Daha sonra müdafiə çıxışı olub və təqsirləndirilən şəxs son söz deyib. 

Məhkəmə müşavirəyə gedib qayıtdıqdan sonra hökmü elan edib. 

Hökmə əsasən, Alik Quliyev 6 il 2 ay 10 gün müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, iş üzrə ümumi dəymiş ziyan 300 min manata yaxındır. 

Alik Quliyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham irəli sürülüb.


SON XƏBƏRLƏR

24 May 2026