• Bakı 19° C

    12.63 m/s

  • USD - 1.7

    EUR - 1.9746

    RUB - 2.3867

Avtobus Yasamalda qəza törətdi - YENİLƏNİB

HADİSƏ

25 May 2026 | 11:58

Avtobus Yasamalda qəza törətdi - YENİLƏNİB

Bu gün saat 09:35-də "BakuBus" MMC-nin istismarında olan 2 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan avtobusla toqquşub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə oxu.az-ın sorğusuna cavab olaraq "Baku Bus" MMC-dən bildirilib.

Açıqlamada qeyd olunub ki, avtobus Tbilisi prospekti istiqamətində, "Nizami" metro stansiyası istiqamətində hərəkətdə olarkən qarşısına digər nəqliyyat vasitəsi qəfil çıxıb:

"Sürücü mümkün qəzanın qarşısını almaq məqsədilə kəskin əyləcdən istifadə edib. Hadisə nəticəsində sərnişinlərdən xəsarət alan olmayıb. Sərnişinlər digər 2 nömrəli marşrut avtobusuna yönləndirilib və xətt üzrə hərəkət qısa müddət ərzində bərpa olunub.

Hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verilib"

***

10:07

Bakıda sərnişin avtobusu qəzaya düşüb.

Bakıvaxtı.az oxu.az-a istinadla xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonundakı "İzmir dairəsi" adlanan ərazidə qeydə alınıb.

Belə ki, 2 nömrəli xətt üzrə hərəkət edən sərnişin avtobusu idarəetmədən çıxaraq səkiyə çırpılıb.

Hadisə nəticəsində avtobusdakı sərnişinlər nəqliyyat vasitəsindən düşürülüblər. Qəzanın başvermə səbəbi araşdırılır.


SON XƏBƏRLƏR

24 May 2026