• Bakı 17° C

    4.18 m/s

  • USD - 1.7

    EUR - 1.9746

    RUB - 2.3867

Qızıl medal qazanan şəhid qızından TƏSİRLİ ÇIXIŞ - VİDEO

CƏMİYYƏT

24 May 2026 | 20:43

Qızıl medal qazanan şəhid qızından TƏSİRLİ ÇIXIŞ - VİDEO

Xəbər verdiyimiz kimi, Azərbaycanın qadın karateçisi Mədinə Sadıqova Almaniyanın Frankfurt şəhərində keçirilən böyüklər arasında Avropa çempionatında qızıl medal qazanıb.

Bakıvaxtı.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 55 kiloqram çəki dərəcəsində çıxış edən idmançı bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Azərbaycanın karate tarixində böyüklər arasında Avropa çempionu olan ilk azərbaycanlı qadın karateçi kimi tarixə düşən Mədinə həm də şəhid qızıdır.

O, Birinci Qarabağ Müharibəsi şəhidi, kapitan Vasif Sadıqovun övladıdır:

“Mənim heç qızıl medalım yox idi. Həmişə istəmişəm ki, qızıl medalım olsun və onu atama həsr edib. Çünki o da bu bayraq altında şəhid olub. Mən də həmin bayrağı, himni Avropada tanıdıram”.

Daha ətraflı videoda:

 


SON XƏBƏRLƏR

23 May 2026