"Rusiyanın Ukraynada mülki infrastrukturu vurmasını və hücum zamanı "Orechnik" ballistik raketindən istifadə etməsini qətiyyətlə pisləyirəm".
Bakıvaxtı.az "LeFigaro.fr"ə istinadən xəbər verir ki, bua barədə İtaliyanın Baş naziri Ciorcia Meloni bildirib. O qeyd edib ki, bu Rusiyanın növbəti zorakı addımıdır.
Qeyd edək ki, Ukraynanın paytaxtı Kiyevi xüsusilə hədəf alan Rusiya bombardmanları nəticəsində ən azı dörd nəfər ölüb, 100-dən çox insan yaralanıb. Kiyev və Moskva Rusiyanın nüvə başlığı daşıya bilən "Oreshnik" ballistik raketindən istifadə etdiyini bildiriblər.
Aydın
Bakı 




