• Bakı 19° C

    11 m/s

  • USD - 1.7

    EUR - 1.9746

    RUB - 2.3867

12 yaşlı uşaq ölü tapıldı  

HADİSƏ

25 May 2026 | 15:55

12 yaşlı uşaq ölü tapıldı  

Fransanın Ren şəhərində 12 yaşlı uşaq ölü vəziyyətdə tapılıb.

Bakıvaxtı.az “Le Figaro”ya istinadən xəbər verir ki, hadisə mayın 25-də şəhərin bir səmtində yerləşən kolluq ərazidə qeydə alınıb. İlkin məlumatlara görə, uşağın meyiti boynuna bağlanmış yaş dəsmalla aşkarlanıb.

Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası onun həyatını xilas edə bilməyib.

Prokurorluğun açıqlamasına əsasən, ölümün boğulma nəticəsində baş verdiyi ehtimal edilir. Faktla bağlı dərhal cinayət işi açılıb və aparılan araşdırmalar çərçivəsində 16 yaşlı yeniyetmə saxlanılıb.

Hazırda onun hadisədəki rolu və cinayətin motivi araşdırılır. Fransa hüquq-mühafizə orqanları baş verənlərin bütün təfərrüatlarını müəyyənləşdirmək üçün istintaqı davam etdirir. Ren prokurorluğu yaxın günlərdə əlavə məlumatların ictimaiyyətə təqdim olunacağını bildirib.

Aydın


SON XƏBƏRLƏR