Zərdabda evdə nənə və nəvə dəm qazından zəhərlənib.
Bakıvaxtı.az-ın xəbərinə görə, hadisə bu gün rayonun Şahhüseynli kəndində qeydə alınıb.
Kənd sakini, 1932-ci il təvəllüdlü Güldəstə Ağalarova və nəvəsi, 1987-ci il təvəllüdlü Ramin Ağalarov yaşadıqları ünvanda dəm qazından zəhərləniblər. G. Ağalarova ölüb, R. Ağalarov isə xəstəxanaya yerləşdirilib.
Fakt araşdırılır.
Bakı 




