• Bakı 19° C

    4.37 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Çörək zavodunun əməkdaşı iş yoldaşını qətlə yetirdi

HADİSƏ

20 Aprel 2024 | 09:03

Çörək zavodunun əməkdaşı iş yoldaşını qətlə yetirdi

Bakının Sabunçu rayonunda qətl baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.

1990-cı il təvəllüdlü Salamzadə Etibar Tahir oğlu işlədiyi "Bakıxanov" çörək zavodunda iş yoldaşı Elşən adlı şəxslə mübahisə edib.

Daha sonra hər iki tərəf zavoddan çıxaraq küçədə əlbəyaxa dava ediblər.

Elşən E.Salamzadəyə bıçaq zərbələri endirib.

Yaralı Etibar Salamzadə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi başlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Oktyabr 2026
03 Oktyabr 2026