Ukraynanın Zaporojye elektrik stansiyasına yeni dron hücumu böyük nüvə qəzası riskini artırıb.
Bakıvaxtı.az xəbər verir ki, bubarədə BMT-nin nüvə nəzarəti orqanı xəbərdarlıq edib.
Qeyd edək ki, axşam saatlarında Zaporojye Atom Elektrik Stansiyasına kamikadze pilotsuz uçuş aparatlarının hücumu nəticəsində biri ağır olmaqla üç zavod işçisi yaralanıb.
Rusiya hücumun arxasında Ukraynanın olduğunu bildirsə də, Ukrayna bunuinkar edib.
Xatırladaqki, Rusiyanın nəzarətində olan, altı reaktora sahib nəhəng nüvə stansiyası Rusiya-Ukrayna münaqişəsinin cəbhə xəttindədir.
BMT-nin Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) bu cür hücumlara qarşı dəfələrlə xəbərdarlıq edib.
Ukraynanın cənubundakı Zaporojye zavodu Avropanın ən böyük zavodudur.
Günəş Mərd



jpg-1715148706.webp)












