• Bakı 19° C

    6.93 m/s

Bank kartlarından daha 31 min manat oğurlandı

HADİSƏ

22 Aprel 2025 | 10:05

Bank kartlarından daha 31 min manat oğurlandı

Vətəndaşların bank kartlarından ötən gün 31 min 340 manat oğurlanıb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, vətəndaşların bank kartlarından oğurluqlar davam edir:

"Kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır. Bu məlumatların naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar. Aprelin 21-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 7845, 7700, 5000, 2997, 2000, 1200, 1000, 999, 900, 597, 245, 230, 220, 116, 100, 97, 72, 22 manat pul vəsaitləri bank kartlarından oğurlanıb".

DİN qeyd edib ki, bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Oktyabr 2026