• Bakı 18° C

    7.15 m/s

Azərbaycanın təklifləri Rusiyanı qane etmədi - Ceyhun Bayramov

SİYASƏT

08 Noyabr 2025 | 23:06 | Müəllif: Subhan Mahmudov

Azərbaycanın təklifləri Rusiyanı qane etmədi - Ceyhun Bayramov

2020-ci ilin dekabrında Azərbaycan və Rusiyanın sülhməramlıların statusu ilə bağlı bir neçə mərhələdə intensiv danışıqları olub.

Bakıvaxtı.az xəbər verir ki, bunu İTV-yə müsahibəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

O bildirib ki, sənədin müzakirəsi zamanı Azərbaycan ora elə elementlər daxil etmişdi ki, birmənalı şəkildə onların məhz Azərbaycan ərazisində, hər bir prosesi Azərbaycanla razılaşdırıb, Azərbaycanın icazəsi ilə həyata keçirmək anlamına gəlirdi:

"Bu sənədə prinsip etibarilə baxa bilərdik. Həmin anlayışların bir çoxu Rusiya tərəfini qane etmədi. Uzun gedən danışıqlardan sonra hamı anladı ki, ortaq məxrəcə gəlmək mümkün olmayacaq. Elə buna görə, 2024-cü ilə qədər, yəni Rusiya sülhməramlıları buranı tərk edənə qədər heç bir statusu olmadı" – deyə nazir vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR