Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Yunanıstana 284 min 374,7 ton xam neft ixrac edilib.
Bakıvaxtı.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 182 milyon 764,5 min ABŞ dolları təşkil edib.
Azərbaycandan Yunanıstana ixrac olunmuş məhsulun miqdarı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 22,4 %, dəyəri isə 41,7 % artıb.
Azərbaycanın ümumi neft ixracında Yunanıstanın payı 2,8 % olub.
Hesabat dövründə gömrük bəyannamələrinə əsasən, Azərbaycan 6 milyard 231 milyon 422,24 min ABŞ dolları dəyərində 10 milyon 125 min 467,17 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.
Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 24 milyard 661 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,1 % çoxdur. Xarici ticarət dövriyyəsinin 16 milyard 320 milyon ABŞ dolları ixracın, 8 milyard 341 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 26,7 % artıb, idxal isə 27,6 % azalıb.
Bakı 



