Süni intellekt (Sİ) təxminən beş ildən sonra bəşəriyyətin ümumi intellektini geridə qoya bilər.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu fikri amerikalı sahibkar İlon Mask "The Economist" jurnalına müsahibəsində bildirib.
"Düşünürəm ki, Sİ 5 ildən sonra ümumi intellekti üstələyəcək. İnsan olmaqdan başqa, Sİ-nin bizdən yaxşı edə bilməyəcəyi heç nə qalmayacaq", – deyə Mask vurğulayıb.
O qeyd edib ki, müharibə baş verməzsə, Sİ inanılmaz rifah dövrü gətirəcək. Lakin Mask 10 ildən sonra bəşəriyyətin Sİ üzərində nəzarəti saxlamaq ehtimalını aşağı qiymətləndirib və "qatil robotlar" riskinin sıfır olmadığını deyib.
Bundan başqa, Mask xAI şirkətinin "Grok Imagine" xidmətinin 2026-cı ildə Hometin "Odisseya" poeması əsasında film hazırlayacağını bildirib.
Zeynəb Rzayeva
Bakı 



