• Bakı 31° C

    4.66 m/s

  • USD - 1.7

    EUR - 1.9436

    RUB - 2.1726

Azərbaycan UEFA reytinqində 26-cı pillədə qərarlaşıb

İDMAN

24 Iyul 2026 | 09:43

Azərbaycan UEFA reytinqində 26-cı pillədə qərarlaşıb

Azərbaycan UEFA reytinqində 26-cı pillədə qərarlaşıb.

Bakıvaxtı.az xəbər verir ki, UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununda "Qarabağ"ın Bakıda Bolqarıstanın ÇSKA klubu ilə qolsuz heç-heçə etməsi ölkə reytinqinə cəmi 0,125 xal qazandırıb.

Bununla yanaşı, UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk matçında "Zirə"nin səfərdə Estoniyanın "Payde" komandasına 0:1 hesabı ilə uduzaması ümumi mövqeyə təsir göstərməyib.

Azərbaycan 20,437 əmsalla hazırda 26-cı pillədə qərarlaşıb. 25-ci yerdəki İsrailin 21,500 əmsalı var.

Xatırladaq ki, UEFA reytinqində İngiltərə 101,852 əmsalla liderdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Iyul 2026