• Bakı 30° C

    1.2 m/s

  • USD - 1.7

    EUR - 1.9436

    RUB - 2.1726

ABŞ onlarla ölkəyə qarşı yeni tarif dalğası başladır

DÜNYA

24 Iyul 2026 | 17:35

ABŞ onlarla ölkəyə qarşı yeni tarif dalğası başladır

ABŞ Prezidenti Donald Tramp ticarət müharibəsini yenidən alovlandıraraq 60 tərəfdaş ölkəyə qarşı yeni idxal rüsumları tətbiq edib.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, yeni qərar Böyük Britaniya, Çin və Aİ də daxil olmaqla ABŞ-nin əsas ticarət tərəfdaşlarını əhatə edir. Bu ölkələrdən gələn mallara 10%-dən 12,5%-ə qədər tarif tətbiq olunacaq ki, bu da ABŞ idxalının 99,4%-ni təşkil edir.

ABŞ Ticarət Nümayəndəliyi yeni rüsumları ölkələrin məcburi əməklə kifayət qədər mübarizə aparmaması ilə əsaslandırıb. Belə ki, məcburi əməyə qadağa qoyan ölkələr üçün tarif 10%, etməyənlər üçün isə 12,5% müəyyən edilib. Lakin ekspertlər bunun sadəcə hüquqi bəhanə olduğunu, əsl məqsədin ticarət kəsirini azaltmaq və ABŞ istehsalını qorumaq olduğunu bildirirlər.

Xatırladaq ki, bu addım ABŞ Ali Məhkəməsinin fevral ayında Trampın fövqəladə səlahiyyətlərlə tətbiq etdiyi əvvəlki tarifləri qanunsuz elan etməsindən və cümə günü müddəti bitən müvəqqəti 10%-lik rüsumun əvəzlənməsindən sonra atılıb.

Qərara reaksiya verən Yaponiya, Avstraliya və Braziliya yeni tarifləri "əsassız" adlandırıb və təəssüf hissi keçirdiklərini bildiriblər. Çin məcburi əmək ittihamlarını rədd edərək bunun siyasi manipulyasiya olduğunu bəyan edib. Böyük Britaniya hökuməti isə şirkətlər üçün rüsum dərəcəsində birbaşa dəyişiklik olmadığını açıqlayıb.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR