Azərbaycan Milli Elmlər Akademiyasının A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun direktoru, professor Kərim Şükürovun adından dələduzluq edilir.
Bakıvaxtı.az xəbər verir ki, Ölkə.az-ın əldə etdiyi xəbərə görə, naməlum şəxslər onun adından insanlara zəng edirlər və pul istəyirlər.
Fırıldaqçılar +994 77 316 38 51 nömrəsindən istifadə edirlər.
AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu məlumatı saytımıza təsdiqləyib.
"+994 77 316 38 51 nömrəsindən zəng vurub AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun direktoru Kərim Şükürovun adından müxtəlif tələblər irəli sürülür.
Bu məlumatlar həqiqəti əks etdirmir və rəsmi xarakter daşımır.
Hər kəsdən bu cür zənglərə etibar etməmələri xahiş olunur", - qurumdan bildirilib.
Bakı 



