• Bakı 31° C

    4.66 m/s

  • USD - 1.7

    EUR - 1.9436

    RUB - 2.1726

Qimaraynş "Arsenal"da

İDMAN

24 Iyul 2026 | 10:11

Qimaraynş Arsenalda

İngiltərənin "Arsenal" klubu "Nyukasl"ın yarımmüdafiəçisi Brunu Qimaraynş ilə şəxsi müqavilə şərtləri üzrə razılıq əldə edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Mənbənin iddiasına görə, London təmsilçisi yaxın günlərdə "Nyukasl"a braziliyalı futbolçunun transferi ilə bağlı rəsmi təklif göndərəcək. "Topçular" 27 yaşlı yarımmüdafiəçi üçün 70 milyon funt sterlinq ödəməyə hazırdır.

Bildirilir ki, "Nyukasl" rəhbərliyi bu təklifi qəbul etmək niyyətində olmasa da, "Arsenal" transferi reallaşdıracağına inanır.

Qeyd olunub ki, London klubunun baş məşqçisi Mikel Arteta Brunu Qimaraynşi komandasında görməkdə israrlıdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Iyul 2026