• Bakı 16° C

    1.69 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Azərbaycanda dəhşətli qəzada ölən Nazlının FOTOSU

HADİSƏ

20 Dekabr 2023 | 22:50 | Müəllif: Subhan Mahmudov

Azərbaycanda dəhşətli qəzada ölən Nazlının FOTOSU

Bu gün saat 19 radələrində Mingəçevir şəhəri ərazisində "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı iki piyadanı vurub.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a bildirilib ki, hadisə nəticəsində piyadalardan biri- 2005-ci il təvəllüdlü Hüseynova Nazlı Rövşən qızı aldığı xəsarətlərdən vəfat edib, digər piyada Sadıqzadə İmamrza Çingiz oğlu isə xəsarət alıb.

Hər iki piyadanın Mingəçevir Turizm kollecinin üçüncü kurs tələbəsi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Oktyabr 2026