• Bakı 11° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bakıda mərasim evinin tavanı çökdü: Xəsarət alanlar var -VİDEO -YENİLƏNİB

HADİSƏ

19 Yanvar 2024 | 14:42 | Müəllif: Qalib İbrahimoğlu

Bakıda mərasim evinin tavanı çökdü: Xəsarət alanlar var -VİDEO -YENİLƏNİB

Yanvarın 19-da saat 13 radələrində Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində yerləşən mərasim evinin 2 mərtəbə arasındakı tavanının çökməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan, hüzür mərasimində iştirak edən 3 nəfər - 1949-cu il təvəllüdlü Mustafayeva Fatma Xamoy qızı, 1955-ci il təvəllüdlü Mirzəyeva Rahilə Xamoy qızı və 1958-ci il təvəllüdlü Rüstəmova Rəna Xamoy qızı ilkin tibbi yardım göstərilərək xəstəxanaya yerləşdirilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, hazırda hadisə yeri prokurorluq əməkdaşları tərəfindən müəyinə olunur.

Fakt üzrə Yasamal rayon prokurorluğunda araşdırma aparılır.

***

13:40

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində mərasim zalının tavanının uçması barədə ilkin məlumat daxil olub.

Bu barədə Bakıvaxtı.az-a FHN-dən bildirilib.

Qeyd olunub ki, məlumatla əlaqədar nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri əraziyə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən, ikimərtəbəli mərasim evinin 1-ci mərtəbəsinin tavanının uçduğu müəyyən olunub.

Hadisə nəticəsində üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

FHN-in qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə bağlı araşdırma aparılır.

***

13:15

Bakıda mərasim evinin tavanı çöküb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyindən bildirilib.

Verilən məlumata görə, hadisə bu gün saat 12:45 radələrində paytaxtın Yasamal rayonu, M.Müşfiq küçəsində qeydə alınıb.

Mərasim evində tavanın çökməsi ilə bağlı polisə məlumat daxil olub. Hadisə ilə əlaqədar polis əməkdaşları əraziyə cəlb edilib, ərazi mühafizəyə götürülməklə təhlükəsizlik tədbirləri görülüb.

Xəsarət alan 2 nəfər təxliyə edilib.


Bakıda mərasim evinin tavanı çökdü: Xəsarət alanlar var -VİDEO -YENİLƏNİBBakıda mərasim evinin tavanı çökdü: Xəsarət alanlar var -VİDEO -YENİLƏNİBBakıda mərasim evinin tavanı çökdü: Xəsarət alanlar var -VİDEO -YENİLƏNİBBakıda mərasim evinin tavanı çökdü: Xəsarət alanlar var -VİDEO -YENİLƏNİBBakıda mərasim evinin tavanı çökdü: Xəsarət alanlar var -VİDEO -YENİLƏNİBBakıda mərasim evinin tavanı çökdü: Xəsarət alanlar var -VİDEO -YENİLƏNİBBakıda mərasim evinin tavanı çökdü: Xəsarət alanlar var -VİDEO -YENİLƏNİB
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026