• Bakı 14° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Gəncədə 5 otaqlı ev YANDI - FOTO - YENİLƏNİB

HADİSƏ

17 Fevral 2024 | 13:39

Gəncədə 5 otaqlı ev YANDI - FOTO - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə şəhəri, M.S.Ordubadi küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Bakıvaxtı.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Gəncə Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri dərhal əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, yanğının vətəndaşa məxsus birmərtəbəli fərdi yaşayış evində baş verdiyi və bitişik evə keçmə riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində yanğın qısa müddətdə söndürülüb və bitişik evə keçməsinə imkan verilməyib.

    Yanğın nəticəsində ümumi sahəsi 120 kv.m olan birmərtəbəli beşotaqlı evin yanar konstruksiyaları 62 kv.m və dam örtüyü 110 kv.m sahədə yanıb.

    Evin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub.

    ...

    11:45

    Gəncə şəhərində fərdi evdə yanğın olub.

    Bakıvaxtı.az xəbər verir ki, hadisə şəhərin Ordubadi küçəsi 101 ünvanında yerləşən, 1995-ci il təvəllüdlü E.Aslanova məxsus evdə qeydə alınıb.

    Ümumi sahəsi 220 kvadratmetr olan 5 otaqlı evdə baş vermiş yanğın yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin 4 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb.

    Qeyd edək ki, hadisə nəticəsində ev içərisindəki əşyalarla birgə tamamilə yanıb.

    Faktla bağlı araşdırma aparılır.


    Gəncədə 5 otaqlı ev YANDI - FOTO - YENİLƏNİBGəncədə 5 otaqlı ev YANDI - FOTO - YENİLƏNİBGəncədə 5 otaqlı ev YANDI - FOTO - YENİLƏNİB
    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    19 Noyabr 2026