• Bakı 17° C

    0.92 m/s

  • USD - 1.7

    EUR - 1.9264

    RUB - 2.0261

17 yaşlı yeniyetmə 50 yaşlı kişini BIÇAQLADI

HADİSƏ

19 Yanvar 2024 | 16:04

17 yaşlı yeniyetmə 50 yaşlı kişini BIÇAQLADI

Şəmkir rayonunda qəsdən adam öldürməyə cəhd faktı ilə bağlı cinayət işi başlanıb.

Bu barədə Bakıvaxtı.az-a Şəmkir rayon prokurorluğundan məlumat verilib.

Belə ki, yanvarın 18-də saat 15 radələrində Şəmkir rayonunun Dəllər-Cəyir kəndində yerləşən şadlıq saraylarından birində 1973-cü il təvəllüdlü Elsevər Əkbərliyə xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı rayonun Dəllər-Cırdaxan kənd sakini, 2007-ci il təvəllüdlü Umud Cəfərovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Elsevər Əkbərlini qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb, Umud Cəfərov iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR