• Bakı 14° C

    1.61 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Azərbaycanda AĞIR QƏZA - ölən və yaralılar var - YENİLƏNİB + FOTO

HADİSƏ

13 May 2024 | 19:33 | Müəllif: Subhan Mahmudov

Azərbaycanda AĞIR QƏZA - ölən və yaralılar var - YENİLƏNİB + FOTO

Mayın 13-də saat 17 radələrində Zaqatala rayonunun Yuxarı Tala kəndi ərazisində “VAZ-21013”  markalı avtomobilin sürücüsü, 1981-ci il təvəllüdlü Zaur Heydərovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yolayrıcında dayanan “Chevrolet” markalı avtomobilə çırpılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a bildirilib ki, nəticədə sürücü və sərnişini, 1993-cü il təvəllüdlü Samir Həsənov xəstəxanada ölüb, digər sərnişin Ramil Əliyev isə xəsarət alıb. 

Faktla bağlı cinayət işi başlanılıb.

***19:06

Zaqatalada qəza zamanı "VAZ 21013" markalı avtomobildə olan 1993-cü il təvəllüdlü Kəlbəcər rayon sakini - 44 günlük müharibəsi qazisi Samir Fəxrəddin oğlu Həsənov aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. 

Bakıvaxtı.az xəbər verir ki, "VAZ 21013" markalı avtomobildə olan digər iki nəfər - Zaqatala rayon sakinləri - 1981-ci il təvəllüdlü Zaur Bəxtiyar oğlu Heydərov və 1987-ci il təvəllüdlü Ramil Ramiz oğlu Əliyev aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə şöbəsinə  yerləşdiriliblər.

Yaralılardan Z. Heydərovun vəziyyətinin ağır olduğu bildirilir.

*** 18:50

Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun Zaqatalanın Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az  xəbər verir ki, “VAZ 2107” və “Niva-Chevrolet” markalı avtomobillər toqquşub. İlkin məlumatlara görə, qəzaya səbəb nəqliyyat vasitələrinin sürət həddini aşması olub.

Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolu bir müddət bağlı qalıb. Lakin hadisə şahidlərinin köməyi ilə nəqliyyat vasitələri yoldan kənarlaşdırılıb və magistralda hərəkət bərpa olunub.

Qəza yerinə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Briqadası cəlb edilib. İki nəfərin hadisə yerində öldüyü, daha bir neçə nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir.

Hazırda hadisə yerində araşdırmalar aparılır.

 

***18:44

Zaqatalada ölümlə nəticələnən yol qəzası baş verib.

Bakıvaxtı.az bildirir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunda, Yuxarı Tala kəndi ərazisində qeydə alınıb.

İki avtomobilin toqquması nəticəsində iki nəfərin öldüyü, xəsarət alanların olduğu bildirilir./apa


Azərbaycanda AĞIR QƏZA - ölən və yaralılar var - YENİLƏNİB + FOTOAzərbaycanda AĞIR QƏZA - ölən və yaralılar var - YENİLƏNİB + FOTOAzərbaycanda AĞIR QƏZA - ölən və yaralılar var - YENİLƏNİB + FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Oktyabr 2026