• Bakı 20° C

    6.74 m/s

Avropa Parlamenti Ermənistan üçün ticarət güzəştlərini təsdiqlədi

DÜNYA

15 Sentyabr 2026 | 17:04 | Müəllif: Gülşən Şərif

Avropa Parlamenti Ermənistan üçün ticarət güzəştlərini təsdiqlədi

 Avropa Parlamenti Avropa Komissiyasının Ermənistana güzəştli ticarət şərtləri vermək təklifini təsdiqləyib. 

Bakıvaxtı.az "News.am"a istinadən xəbər verir ki, bu barədə Respublikanın Avropa İttifaqındakı nümayəndə heyətinin rəhbəri Tiqran Balayan bildirib.

Balayan sosial media hesabında "Avropa Parlamenti Avropa Komissiyasının Ermənistan mallarına muxtar ticarət tədbirləri vermək təklifini təsdiqlədi. Bu, Ermənistan və Aİ arasında tərəfdaşlıq üçün daha bir vacib addımdır" sözlərini yazıb.

Qeyd edək ki, təklifi 583 deputat dəstəkləyib, 49 nəfər əleyhinə səs verib, 39 nəfər isə bitərəf qalıb.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Oktyabr 2026