• Bakı 19° C

    5.69 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Aİ ölkələrinin diplomatik missiyasının nümayəndələri İran XİN-ə çağırılıb

DÜNYA

08 Oktyabr 2025 | 09:36 | Müəllif: Əli Hüseynov

Aİ ölkələrinin diplomatik missiyasının nümayəndələri İran XİN-ə çağırılıb

Avropa İttifaqına (Aİ) üzv ölkələrin Tehrandakı diplomatik missiyalarının təmsilçiləri İranın Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Bakıvaxtı.az "Mehr" agentliyinə istinadən xəbər verir ki, məlumatı İslam Respublikasının Xarici İşlər Nazirliyi yayıb.

Məlumata görə, buna səbəb Avropa İttifaqının Körfəz ərəb ölkələri İqtisadi Əməkdaşlıq Şurası ilə birlikdə keçirdiyi toplantıda Kiçik Tomb, Böyük Tomb və Əbu Musa adalarının İran tərəfindən işğalına, Tehranın nüvə proqramına etirazı olub.

Qeyd edək ki, Aİ və ərəb dövlətləri yekun sənəddə adlarıçəkilən adaları Birləşmiş Ərəb Əmirliklərinin ərazisi sayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Oktyabr 2026