• Bakı 17° C

    0.95 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

165 minlik dələduzluq: Rasim Həsənov həbs edildi - FOTO

HADİSƏ

29 Yanvar 2025 | 11:48

165 minlik dələduzluq: Rasim Həsənov həbs edildi - FOTO

Mingəçevirdə vətəndaşların etibarından sui-istifadə edərək onlara külli miqdarda maddi ziyan vurmaqa təqsirləndirilən 58 yaşlı Rasim Həsənov həbs edilib.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumat verilib.

Bildirilib ki, Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində zərərçəkənlərə torpaq sahəsi satmaq, qeyri - yaşayış obyektlərini adlarına rəsmiləşdirmək və digər yalan vədlər verərək həmin şəxslərin 165 min manat pulunu dələduzluqla ələ keçirməkdə şübhəli bilinən Rasim Həsənov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.


165 minlik dələduzluq: Rasim Həsənov həbs edildi - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR