• Bakı 13° C

    1.95 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Sürət yarışına çıxanlar saxlanıldı

HADİSƏ

28 Fevral 2025 | 10:02

Sürət yarışına çıxanlar saxlanıldı

İmişlidə sürət yarışı keçirərək sosial şəbəkədə paylaşım edən sürücülər saxlanılıblar.

Bakıvaxtı.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, İmişli Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan, idarə etdikləri "VAZ" və “BMW” markalı avtomobillərlə sürət yarışı etməklə yol hərəkəti qaydalarını kobud şəkildə pozan Ülvi Səmidxanov, Farid Quliyev və bir yeniyetmə müəyyən edilərək saxlanılıblar.

Sürücülər barəsində toplanmış materiallar qiymət verilməsi üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı F.Quliyevin sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs edilib, Ü.Səmidxanov isə cərimə olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Oktyabr 2026