• Bakı 15° C

    9.16 m/s

  • USD - 1.7

    EUR - 1.9242

    RUB - 2.0365

Yararsız mürəbbə və turşu məhsulları aşkarlandı - FOTO

HADİSƏ

10 Dekabr 2021 | 13:38

Yararsız mürəbbə və turşu məhsulları aşkarlandı - FOTO

Paytaxtda İstehlak üçün yararsız mürəbbə və turşu məhsulları aşkar edilib.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Nərimanov rayonu, Daş karxanası küç, ev 853 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Azaqov Elnur Arif oğluna məxsus müxtəlif növ mürəbbə, turşu məhsullarının saxlanılması və satışı müəssisəsində yoxlama keçirib.

Yoxlama zamanı müəssisədə 393 ədəd balonda müxtəlif növ istehlak üçün yararsız mürəbbə və turşu məhsulları aşkar edilib. Üzərində hər hansı etiket məlumatları olmayan mürəbbə və turşu məhsullarının yerdən, divara bitişik şəkildə və birbaşa günəş şüalarının təsiri altında saxlanıldığı məlum olub.

İstehlak üçün yararsız məhsullar satış şəbəkəsindən çıxarılaraq aşkar olunmuş faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb olunub. 


Yararsız mürəbbə və turşu məhsulları aşkarlandı - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR