• Bakı 18° C

    9.47 m/s

  • USD - 1.7

    EUR - 1.9242

    RUB - 2.0365

Narkotik vasitələr qəbul edən taksi sürücüləri saxlanıldı - FOTO

HADİSƏ

09 Yanvar 2022 | 13:27

Narkotik vasitələr qəbul edən taksi sürücüləri saxlanıldı - FOTO

Ağdaş Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər zamanı narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücülər müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, rayon sakini Elşən Kərimov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olan zaman nəzarət-yoxlama qaydasında saxlanılıb.

Sürücünün narkotik vasitənin təsiri altında olmasına dair şübhələr yarandığından bölməyə gətirilib və təyin olunan ekspertiza zamanı E.Kərimovun marixuana qəbul etdiyi sübuta yetirilib.

Keçirilən digər bir tədbir zamanı isə taksi fəaliyyəti ilə məşğul olan “VAZ-2107” markalı avtomobilin sürücüsü Nurlan Səmədov saxlanılıb. Müayinə zamanı onun marixuana qəbul etdiyi məlum olub.

Hər iki şəxs barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.


Narkotik vasitələr qəbul edən taksi sürücüləri saxlanıldı - FOTONarkotik vasitələr qəbul edən taksi sürücüləri saxlanıldı - FOTONarkotik vasitələr qəbul edən taksi sürücüləri saxlanıldı - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Oktyabr 2026