Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdindəki İncəsənət Kollecinin direktoru, Respublikanın Əməkdar rəssamı, professor Fikrət Həşımov vəfat edib.
Bakıvaxtı.az-ın xəbərinə görə, 74 yaşlı rəssam rəssam bu gün uzun sürən xəstəlikdən sonra vəfat edib.
Qeyd edək ki, o, 1948-ci ildə Azərbaycanın Şahbuz rayonunda anadan olub. 1968-ci ildə isə Əzim Əzimzadə adıma rəssamlıq məktəbini bitirib. 1976-cı ildən Sankt-Peterburq şəhərində, İ.Repin adına rəssamlıq akademiyasında təhsilini davam etdirib. 1978-ci ildə SSRİ Rəssamlar İttifaqının üzvü seçilib.
2002-ci ildə rəssamı "Əməkdar rəssam" fəxri adı ilə təltif edilib. (apa)





jpg-1646898603.webp)











