• Bakı 15° C

    10.1 m/s

  • USD - 1.7

    EUR - 1.9242

    RUB - 2.0365

Elşad Abdullayevin bacısı oğlu Araz Mürsəliyev axtarışa verildi - FOTO

HADİSƏ

10 Mart 2022 | 12:21

Elşad Abdullayevin bacısı oğlu Araz Mürsəliyev axtarışa verildi - FOTO

Rusiyada fəaliyyət göstərən diaspor rəhbəri Araz Mürsəliyev axtarışa verilib.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) saytında məlumat yerləşdirilib.

Bildirilib ki, Mürsəliyev Araz Oqtay oğlu Cinayət Məcəlləsinin 311.3.2 (Vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma)və 322-ci (özbaşınalıq) maddələri ilə təqsirləndirilir.

Onun barəsində məhkəmə qərarı ilə axtarış elan edilib.

Qeyd edək ki, Araz Mürsəliyev Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) Moskva vilayəti üzrə katibi olub. O, 2015-ci ildə Rusiya Dövlət Dumasının Milli Məsələlər üzrə Komitəsinin Ekspertlər Şurasının üzvü seçilib.

Xatırladaq ki, Araz Mürsəliyev Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin bacısı oğludur.


Elşad Abdullayevin bacısı oğlu Araz Mürsəliyev axtarışa verildi - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR