• Bakı 19° C

    0.69 m/s

  • USD - 1.7

    EUR - 1.9264

    RUB - 2.0261

Avtobus qəzasında yaralananların vəziyyəti açıqlandı

HADİSƏ

08 Fevral 2022 | 10:47

Avtobus qəzasında yaralananların vəziyyəti açıqlandı

İşğaldan azad edilmiş ərazidə qəza nəticəsində yaralanan şəxslərin vəziyyəti açıqlanıb.

Səhiyyə Nazirliyindən Bakıvaxtı.az-a verilən xəbərə görə, qəza nəticəsində Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilən 13 nəfərin müalicəsi davam edir. Ağırlaşma halları müşahidə olunmur. Bildirilib ki, reanimasiyada müalicə alan 2 nəfərdən biri bu gün ümumi palataya keçiriləcək. Həkimlər yaralıların vəziyyətini orta ağır kimi qiymətləndirir.

Qeyd edək ki, “Kolin İnşaat Turizm Sənaye və Ticarət şirkəti”nə məxsus xidməti avtobus fevralın 6-da Xocalı rayonunun Sığnaq kəndində qəzaya uğrayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR