• Bakı 19° C

    1.76 m/s

  • USD - 1.7

    EUR - 1.9067

    RUB - 2.0148

Yaponiyada “Şanşan” qasırğası 4 nəfərin həyatına son qoyub

DÜNYA

30 Avqust 2024 | 14:16 | Müəllif: Əli Hüseynov

Yaponiyada “Şanşan” qasırğası 4 nəfərin həyatına son qoyub

Yaponiyanı vuran “Şanşan” qasırğası nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb, daha 96 nəfər xəsarət alıb.

Bakıvaxtı.az yapon mediasına istinadla xəbər verir ki, ölkənin mərkəzində yerləşən Ayti prefekturasında güclü yağışların səbəb olduğu torpaq sürüşməsi nəticəsində 3 nəfər ölüb. Şikoku adasındakı Tokuşima prefekturasının bir sakini isə evin damının çökməsi nəticəsində həyatını itirib.

Bu gün Kyuşu adasında 100 mindən çox ev işıqsız qalıb.

Avqustun 30-na keçən gecə “Şanşan” qasırğası Kyuşu adasını vurub. Təbii fəlakət bölgəsində küləyin sürəti saatda 108 kilometrə çatıb. Son üç gündə Miyazaki prefekturasına təxminən 90 santimetr yağıntı düşüb ki, bu da avqust ayı üzrə orta yağıntıdan 1,5 dəfə çoxdur. /AZƏRTAC


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Oktyabr 2026