• Bakı 16° C

    1.3 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Şəfiqə Məmmədova: Sədrliyin məsuliyyətini dərk edirəm

MƏDƏNİYYƏT

11 Sentyabr 2026 | 12:44 | Müəllif: Əli Hüseynov

Şəfiqə Məmmədova: Sədrliyin məsuliyyətini dərk edirəm

Azərbaycan Kinematoqtafçılar İttifaqının yeni seçilən sədri Şəfiqə Məmmədova bu vəzifənin onun üçün ağır məsuliyyət olduğunu yaxşı dərk etdiyini bəyan edib.

Bakıvaxtı.az-ın məlumatına görə, ittifaqın qurultayında sədr seçildikdən sonra çıxış edən Xalq artisti bir çox çətinlik və problemlərin olduğunu da deyib:

"Bu vəzifə mənim üçün ağır məsuliyyətdir, mən bunu dərk edirəm. İttifaq daxilində bir çox çətinliklər, problemlər var, bu heç kəsə sirr deyil. Lakin bütün bu çətinliklərə baxmayaraq ittifaqımız yeni layihə və proqramların icrasna davam edəcək", o əlavə edib.

Yeni sədr ona göstərilən etimadı doğrultmaq üçün əlindən gələni edəcəyinə söz verib.

Qeyd edək ki, İttifaqın bundan əvvəlki sədri Rasim Balayev idi. O 2026-cı ilin martında vəfat edib. Kinematoqrafçılar İttifaqının bu gün keçirilən konfransında Şəfiqə Məmmədova yeni sədr seçilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Oktyabr 2026