• Bakı 18° C

    7.76 m/s

Sahibə Qafarova Roma Papasının dəfnində iştirak üçün İtaliyaya gedib - FOTO

SİYASƏT

25 Aprel 2025 | 18:27 | Müəllif: Subhan Mahmudov

Sahibə Qafarova Roma Papasının dəfnində iştirak üçün İtaliyaya gedib - FOTO

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti aprelin 25-də Roma Papası Fransiskin dəfn mərasimində iştirak etmək üçün İtaliyaya səfər edib.

Milli Məclisdən Bakıvaxtı.az-a bildirilib ki, Roma şəhərinin beynəlxalq hava limanında Milli Məclisin nümayəndə heyətini Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov, ölkəmizin İtaliyadakı səfiri Rəşad Aslanov və Vatikan rəsmiləri qarşılayıblar.

Milli Məclisin sədri aprelin 26-da Santa Maria Maggiore bazilikasında keçiriləcək dəfn mərasimində Azərbaycanı təmsil edəcək, Roma Papasının son mənzilə yola salınması tədbirlərinə qatılacaq.


Sahibə Qafarova Roma Papasının dəfnində iştirak üçün İtaliyaya gedib - FOTOSahibə Qafarova Roma Papasının dəfnində iştirak üçün İtaliyaya gedib - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR