• Bakı 20° C

    6.25 m/s

Rusiya və Çin BMT TŞ-də ABŞ-nin İranla bağlı təşəbbüsünə veto qoyub

DÜNYA

17 Sentyabr 2026 | 19:43 | Müəllif: Subhan Mahmudov

Rusiya və Çin BMT TŞ-də ABŞ-nin İranla bağlı təşəbbüsünə veto qoyub

Rusiya və Çin BMT-nin Təhlükəsizlik Şurasında (TŞ) İran üzrə 1737 saylı Komitənin ekspertlər qrupunun mandatının 2027-ci ilin sentyabrınadək uzadılması haqqında layihəyə veto qoyublar.

Bakıvaxtı.az Rusiya mediasına istinadən xəbər verir ki, ABŞ tərəfindən hazırlanan qətnamə layihəsinin lehinə BMT Təhlükəsizlik Şurasının 15 üzvündən 11-i səs verib.

Somali və Pakistan səsvermədə bitərəf qalıblar.

Daha əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatası Prezident Donald Trampı ABŞ qoşunlarını İrana qarşı hərbi əməliyyatlardan çıxarmağa çağıran tövsiyə xarakterli qətnamə qəbul etmişdi. Sənəd ölkəni, eləcə də onun müttəfiqlərini və tərəfdaşlarını hücumdan qorumaq üçün ABŞ qüvvələrinin saxlanılmasına icazə verir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Oktyabr 2026