• Bakı 16° C

    1.69 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Qusarda saxlanılan şəxsdə 3,5 kq narkotik aşkarlandı

HADİSƏ

16 Yanvar 2024 | 12:14

Qusarda saxlanılan şəxsdə 3,5 kq narkotik aşkarlandı

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən rayon sakini Elvin Kərimov saxlanılıb.
Həmin şəxsin üzərindən 3,2 kiloqram narkotik vasitə olan marixuana və 300 qramdan artıq heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı Qusar RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Elvin Kərimovun barəsində həbs qətimkan tədbiri seçilib.


Qusarda saxlanılan şəxsdə 3,5 kq narkotik aşkarlandı
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Oktyabr 2026