• Bakı 18° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Biləsuvarda məktəbdə yanğın olub, şagird və işçilər təxliyə edildi

HADİSƏ

15 Fevral 2024 | 12:13

Biləsuvarda məktəbdə yanğın olub, şagird və işçilər təxliyə edildi

Biləsuvar şəhər 4 nömrəli tam orta məktəbin binasında yanğın baş verib.

Bu barədə Bakıvaxtı.az-a məktəbdən məlumat verilib.

Bildirilib ki, bu gün saat 10:45 radələrində məktəb binasının ikinci mərtəbəsində elektrikpaylayıcıda qısqapanma nəticəsində baş vermiş yanğın zamanı şagirdlər və işçi heyət məktəbin təxliyə manqası tərəfindən təxliyə edilib.

Yanğına müdaxilə manqası tərəfindən yanğın söndürülüb, Fövqəladə Hallar Nazirliyinin qaynar xəttinə məlumat verilib.

Qeyd olunub ki, baş vermiş yanğın zamanı xəsarət alan olmayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Oktyabr 2026
03 Oktyabr 2026