Yevlax sakini özünü asıb.
Bakıvaxtı.az "Unikal"a istinadən xəbər verir ki, hadisə Əkşəm kəndində baş verib. Belə ki, 1979-cu il təvəllüdlü kənd sakini Ruslan Məmmədov hələlik məlum olmayan səbəbdən yaşadığı evin həyətində özünü asaraq intihara cəhd edib.
Yaxınları onu xəstəxanaya çatdırıb. Özünü asan şəxs reanimasiya şöbəsinə yerləşdirilib. Durumu ağır olaraq qiymətləndirilir.
Faktla bağlı araşdırma başlanıb.











jpg-1712998729.webp)




