• Bakı 13° C

    5.27 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Paytaxt təsərrüfatının qayğıları: 58 saylı MKİS-nin kollektivi ümumşəhər iməciliyində fəal iştirak edib 

CƏMİYYƏT

30 Mart 2026 | 13:33

Paytaxt təsərrüfatının qayğıları: 58 saylı MKİS-nin kollektivi ümumşəhər iməciliyində fəal iştirak edib 

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən paytaxtda ekoloji vəziyyətin yaxşılaşdırılması, təmizlik və abadlıq işlərinin aparılması məqsədilə mütəmadi olaraq genişmiqyaslı ümumşəhər iməcilikləri və ağacəkmə aksiyaları təşkil edilir.

Bakıvaxtı.az xəbər verir ki, bu aksiyalar çərçivəsində yüzlərlə küçə yuyulur, ticarət obyektləri təmizlənir, ağaclar suvarılır və yeni yaşıllıqlar salınır. İməciliklər BŞİH-in kommunal qurumları və şəhər sakinləri tərəfindən könüllü şəkildə həyata keçirilir. Meriyanın çağırışına qoşulan ictimai-iaşə, ticarət və digər obyektlərin əməkdaşları da iməclikdə yaxından iştirak edərək öz obyektlərinin vitrinlərini təmizləyib, ətrafında səliqə-sahman yaradırlar. Eyni zamanda müəssisə, idarə və təşkilatların kollektivləri, şəhər sakinləri də bu iməciliklərə qoşulurlar.

Son günlər ümumən respublika ərazisinə, o cümlədən paytaxt Bakıya düşən normadan artıq yağıntı miqdarının yaratdığı çətinliklərə baxmayaraq, şəhər təsərrüfatı yağıntının yaratdığı fəsadların aradan qaldırılması istiqamətində üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməkdədir. Belə ki, BŞİH qurumlarının əməkdaşlarının iştirakı ilə 30 mart 2026-cı il tarixdə səhər saatlarından başlanan iməcilik paytaxtın bütün rayonlarını əhatə edib.

Bu gün paytaxtın Səbail rayonunda da ümumşəhər iməciliyi yüksək səviyyədə keçirilib. Səbail Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin (MKTB) texnikası əsas küçə və prospektlərin bitki və canlılara ziyansız yuyucu maddələrlə yuyulmasını aparıb, əməkdaşlar tərəfindən avtodayanacaqlarda, həyət və yaşayış məhəllələrində, məişət tullantılarının atıldığı konteyner meydançalarının ətrafında əlavə təmizlik işləri görülüb. Mühüm dövlət və hökumət obyektlərinin yerləşdiyi əraziyə xidmət edən 58 saylı Mənzil Kommunal İstismarı Sahəsinin (MKİS) işçiləri də iməcilikdə fəal iştirak ediblər. İməcilikdə MKİS-nin işçiləri tərəfindən prospekt və küçələrin, səki kənarlarının, bordyurların və buradakı işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, park və istirahət yerlərində oturacaqların, uşaq əyləncə avadanlıqlarının yuyulması, görkəmli dövlət və mədəniyyət xadimlərinin yaşamış olduqları binalarda adlarını əkd etdirən barelyeflərin təmizlənməsi həyata keçirilib.

Xatırladaq ki, yağışların intensiv yağdığı günlərdə yaşanan çətinliklərin aradan qaldırılması yönündə operativ tədbirlər görən MKİS əməkdaşları ərazidə problemli nöqtələri çevik müəyyən etmiş, yağış sularının normal axını üçün drenaj xətlərini diqqət mərkəzində saxlayaraq, su barmaqlıqlarını yığılan tullantılardan və lil qatından təmizləmiş, bununla da yağış sularının maneəsiz axınını təmin etmişdilər. Görülən tədbirlər sayəsində ərazidə suyun səviyyəsi qısa müddətdə azalmış və sakinlərin gündəlik həyatına mənfi təsir minimuma endirilmişdi. Ümumiyyətlə, 58 saylı MKİS-nin kollektivi istər hər ay keçirilən ümumşəhər, istərsə də hər həftə keçirilən ümumrayon iməciliklərində fərqlənir.


SON XƏBƏRLƏR

29 Mart 2026