Azərbaycanda Novruz və Ramazan bayramı ilə əlaqədar müəyyən edilmiş qeyri-iş günləri mart ayının 31-də yekunlaşır.
Bakıvaxtı.az xəbər verir ki, bayram tətili 20 martdan etibarən başlayıb və ardıcıl olaraq Novruz bayramı, habelə Ramazan bayramı günlərini əhatə edib.
Qeyd edək ki, Nazirlər Kabinetinin təsdiq etdiyi iş və istirahət günləri təsnifatına əsasən, bu dövrdə ölkə əhalisi üçün əlavə istirahət günləri müəyyən olunmuşdu. Martın 31-dən etibarən isə Azərbaycanda bütün dövlət və özəl sektor üzrə iş fəaliyyəti adi iş rejiminə qayıdacaq.
Qeyd edək ki, bayram günləri münasibətilə sakinlərin təhlükəsizliyi, ictimai nəqliyyatın fəaliyyəti və digər xidmət sahələrində növbətçilik planı təmin edilib.
Murad İsmayıl
Bakı 




