Yevlaxda ot bağlamalarının üzərindən yıxılaraq xəsarət alan 72 yaşlı şəxs ölüb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə martın 1-i rayonun Qoyunbinəsi kəndinin ərazisində baş verib.
Belə ki, Ağdam rayon sakini 1954-cü il təvəllüdlü Zeynal Abbas oğlu Tağıyev ot bağlamalarının üzərindən yıxılması nəticəsində boyun nahiyəsindən xəsarətlə xəstəxanaya gətirilib və martın 28-i ölüb.
Faktla bağlı araşdırma aparılır.
Bakı 




