Xalq artisti Rasim Balayevin vəfatı Azərbaycan mədəniyyəti və milli kinosu üçün böyük itkidir.
Bakıvaxtı.az-ın məlumatına görə, bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova vida mərasimində bildirib.
O qeyd edib ki, Rasim Balayevin vəfatı bütün ölkəni dərindən kədərləndirib: “O, ömrünün sonunadək Azərbaycan xalqına, mədəniyyətinə və kinoya xidmət etdi. Onun sənət yolu gənclər üçün nümunədir. Sənətkarın fəaliyyəti həmişə dövlət tərəfindən yüksək qiymətləndirilib”.
S.Yusifova həmçinin mədəniyyət naziri Adil Kərimlinin başsağlığını sənətkarın ailəsinə çatdırıb.
Zeynəb Rzayeva
Bakı 




