• Bakı 12° C

    1.96 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Paşinyan Baş nazir postuna namizəd seçilib

DÜNYA

30 Mart 2026 | 10:32

Paşinyan Baş nazir postuna namizəd seçilib

Nikol Paşinyanın Ermənistan Baş naziri postuna namizədliyi irəli sürülüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Paşinyan “Facebook” hesabında paylaşım edib.

Qeyd olunub ki, “Mülki Müqavilə” partiyasının daxili seçkilərinin iki mərhələsi tamamlanıb.

    "Səsvermə nəticələrinə etiraz etmək üçün müəyyən edilmiş müddət ərzində heç bir müraciət daxil olmayıb. Hesablama Komitəsinin bütün üzvlərinə, xüsusilə Komitə sədri Hakob Arşakyanın rəhbərliyi altında qapalı-gizli səsvermənin iki mərhələsinin yüksək səviyyədə və demək olar ki, qüsursuz təşkilinə görə təşəkkür edirəm. Partiya yoldaşlarıma mənə yenidən etimad göstərdikləri, “Mülki Müqavilə” partiyasının seçki siyahısına rəhbərlik etməyi mənə həvalə etdikləri və məni Ermənistan Respublikasının baş nazirliyinə namizəd kimi irəli sürmək şərəfinə layiq gördükləri üçün minnətdaram”, paylaşımda deyilir.


    SON XƏBƏRLƏR

    29 Mart 2026