• Bakı 11° C

    4.42 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Serbiyada 10 şəhər və bələdiyyədə yerli seçkilər keçirilib

CƏMİYYƏT

29 Mart 2026 | 21:04

Serbiyada 10 şəhər və bələdiyyədə yerli seçkilər keçirilib

Serbiyada bu gün 10 şəhər və bələdiyyədə yerli seçkilər keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, səsvermə yerli vaxtla saat 07:00-da başlayıb və 20:00-dək davam edib.

Bələdiyyə Seçki Komissiyasının məlumatına görə, saat 16:00-a olan seçici fəallığı Sevoyno şəhərində 65,73 %, Bayina Baştada 64 %, Kulada 60,93 %, Arandjelovatsda 58 %, Knyajevats 55,11 %, Smederevska Palankada 49,94 %, Maydanpekdə 48,93 %, Kladovoda 45,38 %, Borda isə 51,4 % təşkil edib.

Seçki prosesi zamanı baş verənlərə gəldikdə isə müxalifət tərəfdarları Kula və Çrvenka ərazisində bir neçə obyektin qarşısında, o cümlədən Çrvenkada Serbiya Proqressiv Partiyasının (SNS) qərargahı önündə toplaşaraq, SNS üzvlərini və tərəfdarlarını manipulyasiyada ittiham ediblər.

Onlar bir müddət sonra obyektə daxil olmağa cəhd göstərsələr də, polis tərəfindən bunun qarşısı alınıb.


SON XƏBƏRLƏR